Ermənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbçisi Aqasi Serojeviç Dallakyanın güllə yarası ilə cəsədi aşkar edilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
"Baş vermiş hadisənin bütün təfərrüatlarının tam aydınlaşdırılması məqsədilə araşdırma aparılır", - nazirlikdən bildirilib.