Liviya neft hasilatını gündə 1,3 milyon barelə qədər artırıb

A- A A+

Liviyada neft hasilatı gündə 1,3 milyon barel səviyyəsinə çatıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Liviyanın Milli Neft Korporasiyası (National Oil Corporation, NOC) öz sosial şəbəkə səhifəsində məlumat verib.

Məlumata əsasən, son 24 saat ərzində 1 305 059 barel səviyyəsi qeydə alınıb və istehsal səviyyəsinin artırılması işləri davam edir.

Qeyd olunur ki, oktyabrın 10-da Liviyada neft hasilatı daxili fikir ayrılıqları səbəbindən istehsal və ixracın dayandırılmasından sonra gündə 1,2 milyon barel səviyyəsinə qayıdıb.

Xatırladaq ki, oktyabrın 3-də NOC ölkədə neft hasilatı və ixracının tam bərpa olunduğunu bəyan edib. Liviya adətən gündə təxminən 1,2 milyon barel hasil edirdi, lakin avqustda ölkənin şərq hissəsinin hakimiyyəti milli Mərkəzi Banka nəzarət uğrunda mübarizə çərçivəsində hasilatı və ixracı dayandırmışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: