İranın Sistan və Bəlucistan əyalətində “Ceyş əl-Ədl” silahlı qruplaşmasının iki üzvü həbs edilib.
NUHÇIXAN xəbər verir ki, məlumatı “Tasnimnews” yayıb.
Bildirilib ki, onlardan silah və partlayıcı qurğu aşkar edilərək müsadirə olunub.
Mütəxəssislərin məlumatına görə, “Ceyş əl-Ədl” İranda bəlucların hüquqlarının müdafiəsi uğrunda silahlı mübarizə aparır. İran hakimiyyəti bu qruplaşmanı terrorçu sayır.