Qara dənizdə İkinci Dünya müharibəsinə aid sualtı gəmi tapılıb - FOTOLAR
İstanbulun Şile bölgəsində yerləşən Ağva sahillərindən təxminən 4 kilometr aralıqda, Qara dənizin 40 metr dərinliyində İkinci Dünya müharibəsi zamanı batmış Almaniyaya məxsus “U23” sualtı gəmisi tapılıb.
NUHÇIXAN xəbər verir ki, gəmi Türkiyənin Dəniz Qüvvələri Komandanlığı ilə “TRT”nin birgə "Mavi tutqu" sənədli filminin sualtı çəkilişləri zamanı aşkar edilib.