Netanyahu nazirlərlə İrana cavab zərbələrinin endirilməsini razılaşdırıb

A- A A+

İsrailin baş naziri Benyamin Netanyahu, müdafiə naziri Yoav Qalant və digər nazirlər İrana cavab zərbəsinin vaxtı və üsulunu razılaşdırıblar.

NUHÇIXAN xəbər verir ki, bu barədə "newsru.co.il" portalı "Kan" telekanalına istinadən məlumat yayıb.

Razılaşma oktyabrın 15-nə keçən gecə keçirilən müşavirədə əldə olunub.

Daha əvvəl “Washington Post” yazmışdı ki, B.Netanyahu ABŞ Prezidenti Cozef Baydeni İranın nüvə və ya neft obyektlərinə deyil, hərbçilərinə zərbə endirmək niyyəti barədə məlumatlandırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: