MİT Türkiyə ordusuna qarşı terror hücumlarında iştirak edən Əl Qaidə üzvünü saxlayıb

A- A A+

Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) adı açıqlanmayan Afrika ölkəsində yeni əməliyyat keçirib.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində Suriyada Türkiyə Silahlı Qüvvələrinə qarşı terror hücumlarında iştirak edən Əl Qaidə terror təşkilatının üzvü Ahmet Baykara saxlanılıb.

O, ilkin ifadəsində Türkiyə Silahlı Qüvvələrinə qarşı terror aktlarında iştirakını etiraf edərək, kimlərlə çalışdığını da açıqlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: