Aİ-nin yeni sanksiyalarından sonra İrandan Avropaya təyyarə uçmayacaq

A- A A+

Brüsselin “İran Air” aviakompaniyasına qarşı yeni sanksiyalarından sonra Tehran Avropa istiqamətində bütün uçuşları dayandırıb.

NUHÇIXAN xəbər verir ki, “ILNA” agentliyi bu barədə İran Aviadaşıyıcıları Assosiasiyasının direktoru Maqsud Əsədi Samaniyə istinadla məlumat yayıb.

“Ölkəmizdən Avropaya uçuşlar həyata keçirən yeganə aviakompaniya “İran Air” idi. Avropa İttifaqının (Aİ) bu aviakompaniyaya qarşı yeni sanksiyalarını nəzərə alsaq, bundan sonra heç bir İran təyyarəsi Avropaya uçmayacaq”, - deyə Maqsud Əsədi Samani bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: