KİV: Paşinyan itlərin hücumuna məruz qalıb

A- A A+

Ermənistanın baş naziri Nikol Paşinyan itlərin hücumuna məruz qalıb.

Bu barədə NUHÇIXAN Ermənistanın “Hraparak” nəşrinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, insident bu gün səhər saatlarında Paşinyanın Gümrü şəhərinin küçələrində velosiped sürdüyü zaman baş verib.

“Şəhər sakinlərindən biri dedi ki, bütün Gümrü Paşinyanın Slobodka məhəlləsində velosiped sürdüyü zaman ona və mühafizəçilərinə sahibsiz itlər sürüsünün hücum etməsindən və sonra onların çaxnaşma içində məhəlləni tərk etmələrindən danışır”, - KİV-də yazılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: