Ermənistan uyğunluq səviyyəsinin qiymətləndirilməsi üzrə NATO tədbirində iştirak edib

A- A A+

Ermənistanın Mərakeşdəki hərbi nümayəndə heyəti beynəlxalq missiyalar çərçivəsində NATO qüvvələri ilə uyğunluq səviyyəsinin qiymətləndirilməsi üzrə tədbirdə iştirak edib.

Bu barədə NUHÇIXAN Ermənistan KİV-ə istinadən xəbər verir.

Ermənistan Müdafiə Nazirliyindən verilən məlumata görə, ölkənin silahlı qüvvələrinin baş qərargah rəisinin müavini, general-mayor Artur Yeroyanın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 13-17-də Kasablankada NATO-nun Əməliyyat Potensialı Konsepsiyasının illik konfransında iştirak edib. Tədbir çərçivəsində NATO-nun tərəfdaş ölkələrinin bölmələri beynəlxalq missiyalarda NATO qüvvələri ilə uyğunluq səviyyəsinin qiymətləndirilməsindən keçiblər.

Səfər çərçivəsində Yeroyan həmçinin Müttəfiq Qüvvələrin Avropadakı Ali Komandanlığının Baş Qərargah rəisinin müavini, vitse-admiral Qunşteyn Bruasdal (Norveç), NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin Ali Komandanlığının Hərbi Əməkdaşlıq Xidmətinin rəhbəri, Baş Qərargah rəisinin müavini, briqada generalı Martin Remesi (Slovakiya) ilə görüşlər keçirib.

“Əməkdaşlıqla bağlı məsələlər, o cümlədən uyğunluğun qiymətləndirilməsinin növbəti mərhələsi ilə bağlı məsələlər müzakirə edilib”, - nazirlikdən vurğulanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: