KXDR Ukraynaya qoşun göndərdiyi barədə ittihamları rədd edib

A- A A+

Pxenyan Rusiya-Ukrayna cəbhəsinə hərbçilər göndərməsi ilə bağlı Seul və Kiyevin ittihamlarını əsassız adlandırıb.

NUHÇIXAN “Yonhap” agentliyinə istinadla xəbər verir ki, Şimali Koreyanın BMT-dəki nümayəndəsi ittihamları “əsassız şayiələr” adlandıraraq, Moskva ilə əlaqələrin qanuni olduğunu və əməkdaşlığa əsaslandığını bildirib.

Xatırladaq ki, oktyabrın 10-da Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Şimali Koreya əsgərlərinin Ukrayna müharibəsinə cəlb edilməsi ilə bağlı mətbuatda yayılan xəbərləri təkzib edib. Rusiyanın Koreya Respublikasındakı səfirliyi də Moskva ilə Pxenyan arasında əməkdaşlığın beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirildiyini və Cənubi Koreyanın təhlükəsizlik maraqlarına qarşı yönəlmədiyini bildirib.

Seulun iddialarına baxmayaraq, Ağ ev Şimali Koreyanın Ukraynadakı müharibədə iştirakına dair məlumatlarının olmadığını bəyan edib. NATO-nun Baş katibi Mark Rütte isə KXDR-in Ukraynaya əsgər göndərməsi ilə bağlı yayılan məlumatların təsdiqini tapmadığını deyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: