Ermənistanın paytaxtı İrəvanda Ali Məhkəmənin hakimlərinin və baş nazirin müavini Mher Qriqoryanın üzərində “Nikolun qulluqçusu” (baş nazir Nikol Paşinyan-red) yazısı olan fotoları elektrik dirəklərinə və zibil qutularına yapışdırılır.
Bu barədə NUHÇIXAN yerli mətbuata istinadən xəbər verir.
Qeyd edilir ki, gecə saatlarında elektik dirəklərində və zibil qutularında yenidən Konstitusiya Məhkəməsi hakimlərinin şəkilləri peyda olub.
Polis bu fotoşəkilləri şəhərdən təmizləməyə nə qədər səy göstərsə də, şəkillər növbəti gün yenidən yapışdırılır. Ali Məhkəmənin hakimlərinin və baş nazirin müavininin kimlər tərəfindən aşağılandığı hələ məlum deyil.