Avropa Hakimlər İttifaqı: Ermənistandakı həmkarlarımızın müstəqilliyindən narahatıq

A- A A+

Son bir ildə Ermənistanda hakimlərin müstəqillik səviyyəsi pisləşib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Avropa Hakimlər İttifaqı bəyanat yayıb.

Avropa Hakimlər İttifaqı xüsusilə qeyd edib ki, hakimlərin fəaliyyətinə müdaxilə, baxdıqları işlərin nəticəsinə təsir göstərə biləcək bütün intizam icraatları hesab edilməlidir. İttifaq Ermənistan hakimiyyətini bu cür addımlardan çəkinməyə çağırıb.

Qurum həmçinin Avropa Şurasının və digər qurumların səlahiyyətli orqanlarını Ermənistandakı prosesləri izləməyə çağırıb. Xüsusilə, İttifaq Ermənistanın Avropa Şurasının Venesiya Komissiyasının təkliflərini yerinə yetirməsini və onlardan yayınmamasını gözləyir.

Bəyanatı Ermənistanın Hakimlər İttifaqı da dərc edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: