PKK terror təşkilatının Rusiya strukturunun fəal üzvü və Ermənistanla əlaqəsi olan Barı İusubov Türkiyədə saxlanılıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, o, Mili Kəşfiyyat İdarəsi (MİT) və polisin birgə əməliyyatı nəticəsində həbs edilib.
Məlumata görə, terrorçunun Rusiya, Qazaxıstan və Ermənistan ilə təşkilatın İraqdakı Mahmur düşərgəsində PKK/KCK adından təxribat fəaliyyətlərində rol aldığı müəyyən edilib.
Terrorçunun təşkilatın rəhbərliyində təmsil olunan şəxslərlə əlaqədə olduğu müəyyənləşib.
Qeyd edilib ki, MİT onu 2020-ci ildən izləyirdi.