Türkiyənin tanınmış aktyoru vəfat edib

A- A A+

Türkiyənin tanınmış kino və teatr aktyoru Tekin Temel 56 yaşında vəfat edib.

NUHÇIXAN Türkiyə mediasına istinadən xəbər verir ki, aktyorun ölümünə bu gün səhər saatlarında infarkt keçirməsi səbəb olub.

Qeyd edək ki, T.Temel 1968-ci ildə Manisa şəhərində anadan olub.

O, 1997-ci ildə Doqquz Sentyabr Universitetinin incəsənət fakültəsini bitirib. 1995-ci ildən teatr tamaşalarında müxtəlif obrazları canlandıran aktyor, həmçinin bir sıra filmlər və seriallarda da yer alıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: