TUSAŞ-ın obyektində ikinci partlayış baş verib, terrorçular insanları girov götürüblər.
NUHÇIXAN Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilkin məlumata görə, üç terrorçu nəzarət-buraxılış məntəqəsinə partlayıcı qurğu ataraq müəssisənin ərazisinə girib.
Terrorçuların insanları girov götürdüyü ehtimal olunur, doqquz nəfər həlak olub. Polis ərazini mühasirəyə alıb.