Türkiyənin hava limanlarında “narıncı” təhlükə səviyyəsi elan edilib

A- A A+

Ankarada törədilən terror aktından sonra Türkiyənin bütün hava limanlarında “narıncı” təhlükə səviyyəsi elan edilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti məlumat yayıb.

“Ankarada törədilən terror aktından sonra Türkiyədə təhlükəsizlik tədbirləri gücləndirilib. Terror qruplaşmalarının hava limanlarında terror aktları törətmək planları ilə əlaqədar təhlükə səviyyəsi “narıncı” səviyyəyə yüksəldilib”, – qəzet yazıb.

Hava limanlarının ərazisinə daxil olan avtomobillər və sərnişinlərin sənədləri diqqətlə yoxlanılır.

Sabiha Gökçen Hava Limanı sərnişinləri hava limanında əlavə yoxlamaların aparılması barədə xəbərdar edib və onları uçuşdan ən azı üç saat əvvəl terminala gəlməyə çağırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: