Türkiyə Prezidenti: BRICS ədalətli dünya nizamının qurulmasına mühüm töhfə verə bilər

A- A A+

BRICS saysız-hesabsız çağırışları nəzərə alaraq yeni, ədalətli dünya nizamının qurulmasına mühüm töhfə verə bilər.

NUHÇIXAN-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan XVI BRICS Sammitinin “Outreach”/“BRİCS+” formatının geniştərkibli iclası zamanı deyib.

Onun sözlərinə görə, BRICS platforması dünyanın təhlükəsizlik təhdidləri və iqlim dəyişikliyi kimi görünməmiş çoxsaylı çağırışlarla üzləşdiyi müasir geosiyasi şəraitdə xüsusi əhəmiyyət kəsb edir.

Türkiyə Prezidenti vurğulayıb ki, İkinci Dünya müharibəsindən sonra formalaşan müasir sistem əhəmiyyətli dəyişikliklər tələb edir: “Mövcud problemlərin birgə həlli yollarını axtarmaq lazımdır. BRICS yeni, ədalətli dünya nizamının qurulmasına mühüm töhfə verə bilər”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: