BMT Baş katibi: İnkişaf etməkdə olan ölkələr biomüxtəliflik və maliyyə bərabərsizliyi böhranı ilə təhdid olunur

A- A A+

Biomüxtəliflik böhranı, iqlim dəyişikliyi və maliyyə bərabərsizliyi problemləri inkişaf etməkdə olan ölkələri təhdid edir.

NUHÇIXAN-ın məlumatına görə, bunu BMT-nin Baş katibi Antonio Quterreş XVI BRICS Sammitinin “Outreach”/“BRİCS+” formatının genişləndirilmiş iclasında bildirib.

"Böhranlar bir çox həssas ölkələri təhdid edir. Vəziyyət dəyişməlidir", - o qeyd edib.

A.Quterreş sentyabrda keçirilən Gələcək Sammitində çoxtərəfliliyin gücləndirilməsi, sülhün və davamlı inkişafın, eləcə də insan hüquqlarının təşviqi üzrə "yol xəritəsi"nin təqdim edildiyini xatırladıb.

"İqlim dəyişikliyi ilə mübarizə üzrə bugünkü maliyyələşdirmə sistemi bir çox həssas ölkələrə lazımi sosial təminat səviyyəsinə çatmağa imkan vermir", - o bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: