Arktikada temperaturun yüksəlməsi qütb ayılarının xəstəlik riskini artırır

A- A A+

Arktikada temperaturun yüksəlməsi qütb ayılarının viruslara, bakteriyalara və parazitlərlə yoluxma riskini artırır.

NUHÇIXAN-ın məlumatına görə, aparılan araşdırmaların nəticəsində məlum olub ki, 30 il öncə bu canlıların rastlaşmadığı xəstəliklərə yoluxma ehtimalı indi xeyli artıb. Tədqiqatçılar Alyaska və Rusiya arasında yerləşən Çukçi dənizində yaşayan ayıların qan nümunələrini analiz ediblər və bunun temperaturun yüksəlməsi, buzların əriməsi ilə necə əlaqəli ola biləcəyinə araşdırıblar. Araşdırmaya dair nümunələr 1987-1994-cü illər arasında toplanıb, daha sonra isə 30 il sonra, yəni 2008-2017-ci illərdə yenidən araşdırılıb.

Tədqiqatçılar aşkar ediblər ki, son dövrlərə aid qan nümunələrinin xeyli hissəsində ayıların beş virus, bakteriya və ya parazitdən biri ilə yoluxduğunu göstərən kimyəvi izlər var. ABŞ Geoloji Tədqiqat Xidmətindən bioloq Dr. Karin Rod bunun bütün Arktika ekosistemində nəyinsə dəyişdiyini göstərdiyini deyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: