Fransada turistlərin Notr-Dam kilsəsinə girişini ödənişli etmək istəyirlər

A- A A+

Fransanın mədəniyyət naziri Raşida Dati açılışdan sonra Paris Notr-Dam kilsəsini ziyarət etmək üçün turistlərdən 5 avro alınmasını təklif edib.

NUHÇIXAN xəbər verir ki, nazir bu barədə “Le Figaro” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, simvolik ödənişdən əldə olunan vəsait ölkənin dini irsini qorumağa yönəldilə bilər.

Xatırladaq ki, 2019-cu ilin aprel ayında Notr-Dam kilsəsində güclü yanğın olub. Kilsənin beş il davam edən genişmiqyaslı yenidənqurmadan sonra dekabrın 8-də açılacağı gözlənilir.

Nazir həmçinin bildirib ki, fransızlar və Avropa İttifaqından kənar ölkələrdən gələn turistlər üçün Fransa muzeylərinə və abidələrinə giriş qiymətlərinin fərqləndirilməsi zəruridir. Yəni onlar daha çox pul ödəməlidir.

Notr-Dam kilsəsi Parisin ən görməli yerlərindən biridir. 2019-cu ildəki yanğından əvvəl onu ildə 14 milyona yaxın turist ziyarət edirdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: