Viktor Orban Gürcüstana rəsmi səfər edəcək

A- A A+

Macarıstanın Baş naziri, Aİ Şurasının sədri Viktor Orban oktyabrın 28-29-da Gürcüstanda rəsmi səfərdə olacaq.

NUHÇIXAN Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə hökumət administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Oktyabrın 29-da Gürcüstan hökumətinin administrasiyasında Baş nazirin rəsmi qarşılanma mərasimi keçiriləcək. V.Orbanı ölkənin Baş naziri İrakli Kobaxidze qəbul edəcək.

Təkbətək və geniş tərkibdə görüşlər keçiriləcək, bundan sonra Kobaxidze və Orban mətbuata birgə bəyanatlarla çıxış edəcəklər.

Qeyd olunur ki, Macarıstanın Baş nazirini Gürcüstana səfəri zamanı xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto, iqtisadi inkişaf naziri Marton Nad, maliyyə naziri Mixay Varqa, dövlət katibi Yanoş Mate və digər rəsmilər müşayiət edəcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: