Ukrayna Prezidenti səfərbərlik və hərbi vəziyyətin müddətini uzatmağı təklif edib

A- A A+

Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radaya hərbi vəziyyətin və ümumi səfərbərliyin 90 gün uzadılması Fərmanını təsdiq etməyi təklif edib.

NUHÇIXAN xəbər verir ki, 12151 nömrəli layihədə hərbi vəziyyətin müddətinin 2024-cü il noyabrın 10-dan 2025-ci il fevralın 7-dək uzadılması haqqında dövlət başçısının Fərmanının təsdiq edilməsi təklif edilir.

Eyni zamanda, 12152 saylı layihədə ümumi səfərbərliyin uzadılması haqqında Prezident Sərəncamının təsdiq edilməsi təklif olunur.

Beləliklə, hərbi vəziyyət və ümumi səfərbərlik hərbi əməliyyatların başlanmasından sonra təxminən üç il ərzində davam edəcək.

Xatırladaq ki, Ali Rada V.Zelenskinin hərbi vəziyyət və səfərbərlik haqqında fərmanlarını 2022-ci il fevralın 24-də səhər saatlarında 30 gün müddətinə təsdiq edib. Bundan sonra müddətlər əvvəlcə bir ay, 2022-ci ilin mayından isə üç ay müddətinə uzadılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: