Lavrov: Moskva Gürcüstanla təmaslar üzrə təklifləri nəzərdən keçirməyə hazırdır

A- A A+

İsveçrənin Gürcüstandakı səfirliyində Rusiyanın maraqları bölməsi var. Gürcüstanda işləyən Rusiya diplomatları bu ölkədə baş verənlər barədə məruzə edir və yüksələn xətlə inkişaf edən münasibətlərin, o cümlədən iqtisadi-ticari əlaqələrin inkişafına köməklik göstərirlər.

NUHÇIXAN xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Küveytin xarici işlər naziri Abdulla əl-Yəhya ilə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.

O qeyd edib ki, Moskva heç vaxt Gürcüstan tərəfi ilə təmaslardan imtina etməyib.

“Gürcüstanlı qonşularımız tərəfindən təmaslarla bağlı əlavə təkliflər olarsa, əlbəttə ki, onları nəzərdən keçirəcəyik. Biz heç vaxt təmaslardan çəkinməmişik”, - deyə S.Lavrov vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: