Yunanıstan Türkiyə ilə sərhədinə əlavə qüvvələr göndərir

A- A A+

Yunanıstan-Türkiyə quru sərhədində yerləşən Evros bölgəsində tikilən təhlükəsizlik çəpəri qeyri-qanuni miqrantların ölkəyə girişinin qarşısının alınmasında 100% effektivdir və bu bölgədə sərhədə əlavə 150 ​​sərhədçi göndərilərək onların sayı 600-ə çatdırılacaq.

NUHÇIXAN xəbər verir ki, bu barədə Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis Evros bölgəsinə səfəri zamanı bildirib.

“Bu, milli və Avropa sərhədlərinin qorunması baxımından 100% effektivdir. Odur ki, son iki il ərzində artıq işə götürülən 450 sərhədçiyə ikinci müdafiə xəttini dəstəkləmək üçün daha 150 sərhədçi əlavə olunacaq”, - deyə nazir bildirib.

Qeyd edək ki, Yunanıstan hakimiyyəti sərhəd hasarını 2020-ci ildən tikməyə başlayıb. Hasarın Türkiyədən gələn on minlərlə qeyri-qanuni miqrantın ölkəyə daxil olmasının qarşısını aldığı üçün Evros çayının bütün uzunluğu boyunca (təxminən 200 km) maneə hasarının tikilməsi barədə qərar qəbul edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: