Kiyev Ukrayna hərbçilərinin Kursk vilayətində fəaliyyət planı barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostini şəxsən məlumatlandırıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Sabrina Sinqh jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
“Nazir Ukraynada olarkən onların Kursk vilayəti ilə bağlı planları ilə şəxsən tanış olmaq imkanı əldə edib”, - deyə o qeyd edib.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumu avqustun 6-da başlayıb. Bölgədə fövqəladə vəziyyət rejimi qüvvədədir. Sərhəd rayonlarının sakinləri təhlükəsiz ərazilərə köçürülür.