Şimali Koreyanın təhlükəsizlik xidmətləri KXDR lideri Kim Çen Inın ictimai fəallığının artması səbəbindən onun mühafizəsini gücləndirib.
NUHÇIXAN Yonhap agentliyinə istinadla xəbər verir ki, bu barədə Koreya Respublikasının Milli Kəşfiyyat Xidməti məlumat yayıb.
Cənubi Koreya parlamentinin kəşfiyyat komitəsində keçirilən dinləmələrdə Kim Çen Inın ictimai fəallığının ötən illə müqayisədə təxminən 60 faiz artdığı qeyd olunub. Belə ki, 2024-cü ildə KXDR lideri 110 tədbirdə iştirak edib. Bu baxımdan Kim Çen Ina sui-qəsd risklərini nəzərə alan təhlükəsizlik xidmətləri mühafizə tədbirlərini gücləndirib, dronların və rabitə vasitələrinin fəaliyyətinə maneçilik törədən avadanlıqlar quraşdırıb.
Qeyd edək ki, oktyabrın 23-də Şimali Koreya lideri strateji raketlərin yerləşdiyi bazalara baxış keçirib.