Yaponiya İqlim Təşəbbüsü COP29 çərçivəsində dekarbonizasiya problemləri üzrə seminar keçirəcək

A- A A+

Yaponiya İqlim Təşəbbüsü (JCI) noyabrın 21-də Bakıda iqlim dəyişikliyi ilə mübarizə mövzusunda seminar təşkil edəcək.

NUHÇIXAN bu barədə JCI-ın məlumatına istinadən xəbər verir.

COP29 zamanı Yaponiya pavilyonunda “1.5 ℃ məqsədinə aparan yol: Yaponiyanın qeyri-dövlət subyektləri dekarbonizasiya üzrə öhdəliklər götürür” mövzusunda seminar keçiriləcək.

“Bu seminarda JCI-ya üzv təşkilatlar, eləcə də iqlimlə bağlı fəaliyyət üzrə fəal işləyən qeyri-hökumət təşkilatlarının koalisiyası Yaponiyada və dünyada iqlim dəyişikliyi istiqamətində göstərdikləri səyləri, eləcə də gələcəyə baxışları barədə çıxış edəcəklər”, - məlumatda bildirilib.

Bundan əlavə, seminar iştirakçıları Yaponiyanın qeyri-hökumət təşkilatlarının biomüxtəlifliyin qorunması və qlobal dekarbonizasiyaya töhfə vermək üçün görməli olduqları tədbirləri müzakirə edəcəklər.

Seminarda, həmçinin “Hitachi”, NYK LINE, “Rating and Investment Information Inc.”, “Asahi Group Holdings Ltd” və digər Yapon şirkətlərinin nümayəndələri iştirak edəcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: