Dövlət Departamenti İsraili UNRWA-i qadağan edən qanunun icrasının nəticələri barədə xəbərdar edib

A- A A+

BMT-nin Fələstin Qaçqınlarına Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) fəaliyyətinin qadağan edilməsi haqqında qanunun tətbiqi ABŞ siyasəti baxımından İsrail üçün nəticələrə səbəb ola bilər.

NUHÇIXAN xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller jurnalistlər üçün müntəzəm brifinqdə bildirib.

Onun sözlərinə görə, bu qanunun icrası Amerika qanunları və siyasətinə uyğun olaraq nəticələrə səbəb ola bilər.

“Növbəti günlərdə biz İsrail hökuməti ilə onların bu qanunu necə həyata keçirəcəyini müzakirə edəcəyik”, – Miller əlavə edib. “Biz qanunla bağlı hüquqi problemlərin olub-olmadığını, bu hüquqi problemlərin hər hansı təsir göstərib-göstərməyəcəyini araşdıracağıq və bütün bu amilləri nəzərdən keçirdikdən sonra qərar verəcəyik”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: