İspaniyanın cənub-şərqində güclü daşqınlar nəticəsində ən azı 51 nəfər ölüb.
NUHÇIXAN CNN-ə istinadən xəbər verir ki, bu barədə Valensiya bölgəsinin hökuməti məlumat yayıb.
İspaniyanın cənub-şərqinə yağan güclü leysan yağışları nəticəsində bir çox ərazilər su altında qalıb, dəmir yolu və hava nəqliyyatının fəaliyyəti pozulub. Bəzi yerlərdə yağıntının günlük miqdarı aylıq normadan çox olub.