ABŞ Prezidenti Cozef Baydenin iki müşaviri - Eymos Hokstin və Brett Makqyork Livandakı müharibəyə son qoymaq və köçkünlərin öz evlərinə qayıtmasına imkan verəcək razılaşmanın əldə edilməsinə kömək etmək üçün İsrailə yola düşüblər.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Nəşrin məlumatına görə, İsrail və ABŞ rəsmiləri qeyd ediblər ki, İsraillə “Hizbullah” arasındakı müharibəyə son qoyacaq razılaşmanın bir neçə həftə ərzində əldə oluna bilər. Onların məlumatına görə, mümkün razılaşmalar atəşkəs elan edilməsini və s. nəzərdə tutur.
Portal qeyd edib ki, müşavirlər İsrailin belə bir razılaşmanın irəliləməsinə hazır olduğunu bildirməsindən sonra səfərə çıxıblar.