Dekabrın sonunda Sankt-Peterburqda MDB ölkələrinin liderlərinin qeyri-rəsmi sammiti keçiriləcək.
NUHÇIXAN BELTA-ya istinadən xəbər verir ki, bu barədə Birliyin baş katibi Sergey Lebedev bildirib.
"Noyabrın 28-də Astanada KTMT dövlət başçılarının görüşü, dekabrın sonunda isə MDB dövlət başçılarının ənənəvi qeyri-rəsmi görüşü olacaq", - o qeyd edib.
Baş katibin sözlərinə görə, MDB onun tərkibinə daxil olan bütün dövlətlərin maraqlarına uyğun inkişaf edir.
O həmçinin vurğulayıb ki, MDB müşahidəçilər missiyası Belarusda keçiriləcək prezident seçkilərini müşahidə etmək niyyətindədir.