Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) ölkə üzrə 411 bələdiyyə sədrini İstanbuldakı qərargaha çağırıb.
NUHÇIXAN Türkiyə KİV-ə istinadən xəbər verir ki, buna səbəb Esenyurt bələdiyyə sədri Ahmet Özerin məhkəmənin qərarı ilə həbs olunmasıdır.
Qeyd edək ki, A.Özer oktyabrın 30-da saxlanılıb. İstanbul Baş Prokurorluğundan verilən məlumata görə, A.Özer qırmızı bülletenlə axtarılan terrorçu ilə 14 dəfə danışıb. Onun terror təşkilatı ilə əlaqəli olduğu bildirilir.
Partiya rəsmiləri isə A.Özerin saxlanılması və ona qarşı ittihamları siyasiləşdirirlər.