Rəsmi Ankara: Aİ-nin daxili siyasi dinamika ilə bağlı ədalətsiz qiymətləndirməsini rədd edirik

A- A A+

Avropa İttifaqının (Aİ) oktyabrın 30-da yayımladığı "2024-cü il Türkiyə Hesabatı"nda xüsusilə siyasi meyarlar və daxili siyasi dinamika ilə bağlı ədalətsiz qiymətləndirmələrini rədd edirik.

NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.

Vurğulanıb ki, rəsmi Ankara Aİ-nin Türkiyə ilə əməkdaşlığı gücləndirmək istiqamətindəki səylərini məmnuniyyətlə qarşılayır: “Əlaqələrin yenidən canlandırılması Aİ-nin ciddi addımlar atmasını şərtləndirir. Mövcud regional və qlobal durum Türkiyə ilə Aİ münasibətlərində yeni baxış tərzininin formalaşmasını zəruri edir”.

Bildirilib ki, Türkiyə namizəd ölkə kimi Aİ ilə əlaqələrini konstruktiv formada inkişaf etdirməkdə qərarlıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: