Almaniya XİN başçısı SEPAH-ın terror təşkilatı kimi tanınmasının tərəfdarıdır

A- A A+

Almaniyanın xarici işlər naziri Annalena Berbok İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) Avropa İttifaqı (Aİ) səviyyəsində terror təşkilatı kimi tanınmasının tərəfdarıdır.

NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, o, bu barədə Nyu Yorkda jurnalistlərə açıqlamasında bildirib.

“Aİ-də biz, Almaniya hökuməti, mən, Almaniyanın xarici işlər naziri olaraq, müxtəlif sanksiya rejimləri altında yüzlərlə məsul şəxsə qarşı sanksiya tətbiq etmişik. Düsseldorf Ali Məhkəməsinin qərarından sonra bizə hüquqi əsas yaranıb ki, İslam İnqilabı Keşikçiləri Korpusunu terrorçular siyahısına salaq”, - o deyib.

Qeyd edək ki, daha əvvəl Almaniya hökumətinin öz ərazisindəki İranın bütün baş konsulluqlarını bağladığı məlum olmuşdu.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: