Polşa Rusiya ilə sərhəddə istehkamlar tikməyə başlayıb

A- A A+

Polşa Rusiya ilə sərhəddə “Şərq qalxanı” (“Tarcza Wschod”) adlı müdafiə istehkamlarının tikintisinə başlayıb.

NUHÇIXAN xəbər verir ki, Polşanın Baş naziri Donald Tusk bu barədə özünün sosial media hesabında yazıb.

Bir müddət öncə, Polşa Prezidenti Andjey Duda Belarus və Rusiya sərhədində tikilən “Şərq qalxanı” müdafiə-istehkam sistemini “Dəmir pərdənin” yeni versiyası adlandırmışdı.

“Şərq qalxanı” layihəsi Polşanın Rusiya və Belarus ilə sərhədində istehkamlar, maneələr, bunkerlər və kəşfiyyat sistemləri şəbəkəsinin tikintisini nəzərdə tutur. Layihənin dəyəri 10 milyard zloti (2,5 milyard dollar) həcmində qiymətləndirilir. Onun tikintisi 2028-ci ildə başa çatmalıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: