Türkiyədə FETÖ və DHKP-yə qarşı əməliyyat keçirilib, 17 nəfər saxlanılıb

A- A A+

Türkiyənin İzmir və Mersin vilayətlərində FETÖ/PDY terror şəbəkəsinə qarşı əməliyyat keçirilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində 12 nəfər şübhəli qismində saxlanılıb. Daha bir nəfərin axtarışı davam edir.

Başqa bir məlumata görə isə İstanbul vilayətində sol radikal DHKP-C-yə (İnqilabçı Xalq Qurtuluş Pariyası-Cəbhəsi) qarşı da əməliyyat keçirilib. Doqquz fərqli ünvanda təşkil olunan əməliyyat nəticəsində beş nəfər şübhəli saxlanılıb, daha iki şübhəlinin axtarışları davam edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: