İndoneziyada vulkan püskürməsi səbəbindən 4 hava limanı bağlanıb

A- A A+

İndoneziyanın Şərqi Nusa-Tenqara əyalətində Levotobi vulkanının püskürməsindən sonra dörd hava limanı bağlanıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Milli Agentliyinin məlumatında deyilir. Uçuşların dayandırılmasına vulkanik kül səbəb olub. Bundan başqa, Komodo beynəlxalq aeroportu açıq qalsa da, orada 14 reys ləğv edilib.

Noyabrın 4-nə keçən gecə püskürməyə başlayan Levotobi vulkanının külü 2 min metr hündürlüyə qalxıb. Vulkan, həmçinin yaxınlıqda yerləşən yaşayış məntəqələrində yanğınlara səbəb olub. Əhaliyə yeddi kilometr radiusda risk zonasından uzaq durmaq barədə xəbərdarlıq olunub.

Son məlumata görə, təbii fəlakət nəticəsində 10 nəfər həyatını itirib, 14 kənddən 2735 ailə (10295 nəfər) təxliyə edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: