Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin Ermənistanla münasibətlərinin normallaşması üçün şərti xatırladıb.
NUHÇIXAN-ın məlumatına görə, o, bu barədə Türkiyə KİV-inə müsahibəsində söyləyib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması halında Türkiyə - Ermənistan münasibətləri də normallaşacaq:
“Tərəflər arasında əldə olunmuş razılıqları regiondakı sülh və sabitlik baxımından önəmli hesab edirik. Tərəflər razılığa yaxınlaşır. Bunu görməkdən məmnunuq. Sərhəd məsələsində əldə olunan anlaşma bu irəliləyişin gözəl nümunəsidir”.