Türk Dövlətləri Təşkilatı (TDT) sammitinin iştirakçıları türk dünyasını qorumaq əzmindədir.
NUHÇIXAN xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sammitdə çıxışı zamanı bildirib.
"Birləşərək, çalışaraq birliyimizi irəli aparacağıq. İclasımız türk dünyası üçün çox xeyirli olacaq, əməkdaşlığı və dostluğu gücləndirəcək", - o qeyd edib.
Ərdoğan, həmçinin qeyd edib ki, TDT-yə üzv ölkələr müxtəlif maneələri dəf etməli olub.
"Hələ qarşıda uzun yol var. Biz qarşıdakı dövrün "Türk dünyası əsri" olması üçün bütün lazımi səyləri göstərəcəyik", - Türkiyə Prezidenti vurğulayıb.