Moldovanın Rusiyadakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
NUHÇIXAN Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Kişineunun qeyri-dost addımları ilə bağlı ona etiraz edilib.
"Moldova prezident seçkiləri zamanı Rusiyadan olan beynəlxalq müşahidəçilərə qarşı ayrı-seçkilik edib", - XİN qeyd edib.