Polşaya qısamənzilli ZRK üçün zenit raketlərinin tədarükünə başlanılıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Polşanın müdafiə nazirinin müavini Pavel Beyda sosial şəbəkədə yazıb.
“Bu gün PGZ-NAREW konserni (Polska Grupa Zbrojeniowa, Polşanın dövlət müdafiə konserni), MBDA (aparıcı Avropa raket sistemləri istehsalçısı və tərtibatçısı) və Silahlanma Agentliyinin görüşü çərçivəsində “Narew” proqramı üzrə ən vacib razılaşmaların həyata keçirilməsinə başlanılıb, yəni “IBCS iLauncher” buraxılış qurğusuna uyğunlaşdırılmış CAMM-ER raketlərinin tədarükünə”, – o qeyd edib.
Xatırladaq ki, daha əvvəl Polşa Böyük Britaniya ilə 16 milyard zlotı (təxminən 3,7 milyard avro) məbləğində min ədəddən çox Britaniya istehsalı olan CAMM-ER raketi və IBCS idarəetmə sistemi ilə işləmək üçün uyğunlaşdırılmış 138 buraxılış qurğusunun tədarükü üzrə müqavilə imzalamışdı.
Polşanın “Narew” proqramı yaxınradiuslu HHM sistemini təmsil edir.