Rusiya TŞ rəhbəri: “3+3” formatının aktivləşəcəyinə ümid edirik

A- A A+

Rusiya oktyabrın 18-də İstanbulda keçirilən nazirlərin görüşündən sonra “3+3” formatının (Azərbaycan, Ermənistan, Gürcüstan - Rusiya, Türkiyə, İran) fəaliyyətinin aktivləşəcəyinə ümid edir.

NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının (TŞ) katibi Sergey Şoyqu MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şuralarının katiblərinin 12-ci görüşündə bildirib.

"Cənubi Qafqazda “3+3” regional platformasını gücləndirmək üçün mümkün olan hər şeyi etmişik və edirik. Ümid edirik ki, İstanbulda nazirlərin görüşündən sonra bu mexanizmin işi aktivləşəcək", - o qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: