İsrail aviasiyası Livanda tarixi hoteli məhv edib

A- A A+

İsrail aviasiyası Livanın şərqindəki Bəəlbək şəhərinin bombardmanı zamanı qədim Roma məbəd kompleksinin yanında yerləşən tarixi "Palmira" hotelinin binasını məhv edib.

NUHÇIXAN xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Livanda hotel sahiblərinin həmkarlar ittifaqının rəhbəri Bayer əl-Əşkar bildirib.

Onun sözlərinə görə, "Palmira" Livanın əsas tarixi obyektlərindən biri idi və onun məhv edilməsi ölkə üçün böyük itkidir.

Əl-Əşkar qeyd edib ki, həmkarlar ittifaqı artıq hadisə ilə əlaqədar və tarixi obyektlərin bombardmandan qorunması məqsədilə beynəlxalq ictimaiyyətin və BMT TŞ-nin fəaliyyətinin aktivləşdirilməsi ilə bağlı səy göstərilməsi üçün ölkə hökuməti və parlamentinə müraciət edib.

1874-cü ildə tikilmiş hotel Atatürk, İvan Bunin, Şarl de Qoll, Albert Eynşteyn, Uinston Çörçill və Pablo Pikasso kimi qonaqları qəbul edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: