“Google” hər gün 100 milyard söz tərcümə edir.
NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, “Google” şirkəti dünyanın müxtəlif yerlərində yaşayan insanlara ünsiyyət qurmağa və ortaq bir dil tapmağa kömək edən emosional video paylaşıb. Hər gün “Google”un tərcüməçisi 100 milyarddan çox söz tərcümə edir. Çarxda insanların müxtəlif ölkələrdə yaşayan insanlarla ünsiyyət qurması üçün smartfonlardan istifadə etməsi göstərilir. Həmçinin videoda “Google”un fərdi köməkçisinin artırılmış reallıq imkanları nümayiş etdirilir. Kameranın proqramı vasitəsilə nişan və lövhələrdəki yazılar başqa dilə tərcümə edilir.
Hər gün tərcümə edilən 100 milyard söz arasında "necəsən", "təşəkkür" və "mən səni sevirəm" sözləri ən populyardır.