Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskva ilə Vaşinqton arasında dialoqun bərpasına ümid yarandığını bildirib.
NUHÇIXAN xəbər verir ki, Peskov “The New York Times” qəzetinə müsahibəsində Donald Trampın prezident seçkilərində qələbəsindən sonra Rusiya ilə ABŞ arasında dialoqun bərpasına “cüzi ümid” yarandığını vurğulayıb.
O deyib: “Ən azı aşağı səviyyədə dialoqun bərpa olunacağına ümid var, çünki hazırda hər hansı bir dialoq, ümumiyyətlə, yoxdur”.
Eyni zamanda, Peskov qeyd edib ki, Rusiya “çəhrayı eynək taxmaq” fikrində deyil. “Biz gözəl başa düşürük ki, seçkiqabağı bəyanatlar verilir, lakin insan “Oval” kabinetə daxil olan kimi, hər şey dəyişir”, - deyə Kremlin sözçüsü bildirib.