Tayvanın hərbi-sənaye kompleksi müəssisələrinin rəhbərlərindən ibarət nümayəndə heyəti Litva nümayəndələri ilə dron texnologiyaları sahəsində əməkdaşlığı müzakirə edəcək.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə “Bloomberg” yazıb.
Tayvanın ondan çox dron istehsal edən şirkətinin nümayəndələri ölkənin xarici işlər naziri Lin Tzya-lun ilə birlikdə Litvaya səfər edəcəklər.
Qeyd olunub ki, Litvaya gələn iş adamları arasında “Aerospace Industrial Development”, “Thunder Tiger”, “GEOSAT Aerospace & Technology” və “Mitac Holdings”in nümayəndələri də var.
Tayvanın PUA istehsalçısı “Thunder Tiger” şirkətinin rəhbəri Su Şen-Tsze “Bloomberg”ə verdiyi şərhdə qeyd edib ki, Litvanın lazer texnologiyaları pilotsuz uçuş apartlarına qarşı sistemlərdə istifadə edilə bilər.