Ermənistanda “donuz qripi” xəstəliyindən daha bir nəfər ölüb. NUHÇIXAN erməni KİV-lərinə istinadla xəbər verir ki, bu məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.
Nazirliyin məlumatında bildirilir ki, ölüm hallarının əsas səbəbi vətəndaşların xəstəxanalara gec müraciət etməsidir. Hazırda Ermənistanın müxtəlif bölgələrindəki səhiyyə müəssisələrində ağır vəziyyətdə olan çoxlu sayda pasiyentlər var. H1N1 və H3N2 viruslarına yoluxanların sayı da sürətlə artmaqdadır. Xüsusən, məktəblərdə “donuz qripi” xəstəliyi daha çox yayılıb.
Bu, 2019-cu ildə Ermənistanda “donuz qripi” xəstəliyindən qeydə alınan üçüncü ölüm faktıdır.