Qazaxıstan rəsmisi: "Metan emissiyalarının azaldılmasına xüsusi diqqət yetiririk"

A- A A+

Qazaxıstan metan emissiyalarının azaldılmasına xüsusi diqqət yetirir.

NUHÇIXAN xəbər verir ki , bunu Qazaxıstanın kənd təsərrüfatı nazirinin müavini Ermek Kencekanulı COP29 çərçivəsində təşkil edilmiş “COP-dan COP-a aqrar-qida irsləri: qlobal iqlim məqsədlərinə nail olmağın açarı” mövzusunda panel müzakirələrdə bildirib.

"Qlobal Emissiyaların Azaldılması Təşəbbüsü çərçivəsində biz otlaqların bərpası və üzvi əkinçiliyin inkişafı layihələrini öyrənirik. Artıq 4 000-dən çox fermer günəş panellərindən istifadə edir, təxminən 100 təsərrüfat isə külək enerjisi sistemlərini modernləşdirib. Biz həmçinin yüksək məhsuldarlığı minimal ekoloji təsirlə təmin edən, enerjiyə qənaət edən istixanaları inkişaf etdiririk. COP29 Qazaxıstan üçün dayanıqlı kənd təsərrüfatının inkişafında və iqlim dəyişikliklərinə uyğunlaşmada əhəmiyyətli mərhələdir", - deyə o qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: