2022-ci ildə qlobal informasiya-kommunikasiya texnologiyaları (İKT) xərcləri 4,6 trilyon dollar təşkil edəcək.
NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, “IDC” tədqiqat şirkətinin analitiklərinin fikrincə növbəti 5 il İKT sahəsi üçün asan olmayacaq. Şirkətin qiymətləndirməsinə görə, 2022-ci ilədək avadanlıq, proqram təminatı, xidmət və rabitə sahəsi üzrə qlobal İKT xərcləri orta hesabla 4 faiz artaraq 4,6 trilyon dollar təşkil edəcək. Proqnozlaşdırılan məbləğin 2,9 trilyon dolları kommersiya müştərilərinin payına düşəcək, istehlak xərcləri isə 1,7 trilyon dollar olacaq.
İKT kateqoriyaları arasında peşəkar xidmətlər seqmentində (bulud və rəqəmsal xidmətlər tədarükçüləri, həmçinin bu seqmentə aiddir) xərclər daha sürətlə artacaq.