"Bayraktar TB3" pilotsuz uçuş aparatı qısa uçuş zolağı olan gəmidən eniş və qalxış edən ilk PUA kimi dünya aviasiya tarixinə düşməyi bacarıb.
NUHÇIXAN Türkiyə mətbuatına istinadən xəbər verir ki, PUA “TCG Anadolu” hərbi amfibiya gəmisi üzərindən ilk uçuş testini uğurla başa vurub.
Qeyd edək ki, “Bayraktar TB3” indiyə qədər həyata keçirilən test uçuşlarında ümumilikdə 700 saatdan çox havada qalıb.
Türkiyənin milli PUA-sı 2023-cü ilin dekabrın 20-də həyata keçirilən uzun uçuş testində yerə enmədən 32 saat havada qalaraq 5 700 kilometr məsafə qət edib.